Ağdam klubu AÇ-yə görə stadionundan məhrum olur
"Qarabağ”ın ev oyunlarını keçirdiyi "Azərsun Arena" may ayından etibarən Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının Yerli Təşkilat Komitəsinin ixtiyarına veriləcək. "Azersun Arena” mayın 5-dən etibarən Avropanın nəhəng ölkələrinin yeniyetmə futbolçularına qucaq açacaq. Bu üzdən "Qarabağ” mövsümün son ev qarşılaşmaları üçün başqa arenaya üz tutmalı olacaq.
Sportal.az xəbər verir ki, artıq Ağdam klubunun qonaqları harda qəbul edəcəyinə aydınlıq gəlib. Qurban Qurbanovun komandası rəqiblərini Zirə Olimpiya Kompleksinin stadionunda qəbul edəcək.
Qeyd edək ki, "Qarabağ" mayın 4-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "İnter"i, Premyer Liqada isə mayın 7-də XXXIII turda "Sumqayıt"ı, mayın 11-də XXXIV turda "Qəbələ"ni, mayın 21-də mövsümün son turunda AZAL-ı qəbul etməlidir.
saytlarin hazirlanmasi