Futbolçu "İnter"lə matçı buraxacaq
"Qarabağ”ın aparıcı yarımmüdafiəçisi Riçard Almeyda Premyer Liqanın XXXI turunda "İnter”lə qarşılaşmada komandasında kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, buna səbəb "sambaçı”nın cəzalı duruma düşməsidir. Belə ki, Almeyda dünən baş tutan "Neftçi” – "Qarabağ” (1:2) oyununda sarı vərəqə alıb. Matçın baş hakimi Ramil Diniyevə etirazına görə sarı vərəqə ilə cəzalanan təcrübəli futbolçu mövsüm ərzində 4-cü "sarı”sını alıb.
Qeyd edək ki, "Qarabağ” – "İnter” qarşılaşması aprelin 23-də baş tutacaq.
saytlarin hazirlanmasi