Qurban Qurbanov ola bilməyən Qvardiola

12:20 - 21 Aprel 2016

"Səhv düşünmüşəm, çox məyusam"
 
Almaniya kubokunun yarımfinalı çərçivəsində keçirilən "Bayern" Münhen  - "Verder" Bremen(2:0) matçının hakimi Tobias Stieler qarşılaşmadan sonra səmimi etiraf edib.
 
Sportal.az xəbər verir ki, almaniyalı referi verdiyi penalti qərarının səhv olduğunu söyləyib.

"Yanek Sternberq cərimə meydançasının içərisində Arturo Vidalı yıxdı. Yaxşı yerdə mövqe seçmişdim və Vidala təmas olduğunu düşündüm. Amma səhv düşünmüşəm. Çox məyusam" - deyə, Münhen təmsilçisinin lehinə penalti verən Stieler bildirib.

Qeyd edək ki, qarşılaşmadan sonra penaltini qola çevirnən Tomas Müller də hakimin qərarının səhv olduğunu bildirib. Bundan başqa "Bavariya"nın çalışdırıcısı Pep Qvardiola da penaltinin doğru olmadığını və belə vəziyyətdən qol vurmaq istəmədəkilərini bildirib. 

Xatırladaq ki, Azərbaycan Premyer Liqası çərçivəsində keçirilən "İnter" - "Qarabağ" matçının hakimi Elvin Əsgərov da səhv penalti versə də, ağdamlıların baş məşqçisi Qurban Qurbanovun göstərişi ilə Elvin Məmmədov topu qapıdan kənara vurmuşdu. Baxmayaraq ki, matçın hakimi özünü haqlı saymış, səhvini etiraf etməmişdi.
 
Mənbə: Sport7.az

Xəbər xətti