Rahid Əmirquliyev nə zaman məşqlərə başlayacaq?

00:18 - 22 Aprel 2016

Zədəlinin son durumu məlum oldu
 
"Qarabağ"ın qış transfer pəncərəsində heyətinə qatdığı Rahid Əmirquliyevin ötən ay Almaniya əməliyyat olunduğu barədə məlumat vermişdik.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı yarımmüdafiəçi may ayında yenidən tibbi müayinə olunmaq üçün Almaniyaya yollanacaq. Əgər tibbi müayinənin nəticəsi müsbət olsa, Əmirquliyev iyunun 10-dan sonra artıq məşqlərə başlayacaq.

Xəbər xətti