Qurban Qurbanov: "Futbolçularımız da çempion olacağımız günü gözləyir"

18:25 - 27 Aprel 2016

"Oyundan razı qalmadım"

 

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"in qonağı olan"Qarabağ” 4:0 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyunsonrası keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  bunları qeyd edib:

 

"Oyundan razı qalmadım. Süni örtük futbolçularımızın top itkilərinə çox yol verməsinə səbəb oldu. İlk fikrim topa daha çox nəzarət etmək idi. Futbolçularımı təbrik edirəm. Önəmli qələbə qazandıq".
 
- Oyundan narazı qaldığınızı bildirdiniz. Nədən narazı qaldınız?
- Bildirdiyim kimi, daha çox nəzarət etmək istəyirdik. Daha az top itkisinə yol verməli idik. Daha da keyfiyyətli oynaya bilərdik.
 
- Növbəti turda çempionluğu rəsmiləşdirə bilərsiniz. Bu oyunun sizə motivasiya verəcəyini düşünmürsünüz?
-Kubok tam başqa, çempionat tam başqadır. Motivasiya baxımıdan problem yaşayacığımızı düşünmürəm. Futbolçularımız da çempion olacağımız günü gözləyir.
 
- Azərbaycan çempionatında başqa bir komandanın baş məşqçisi olsanız "Qarabağ”ı məğlub etmək üçün neçə gün düşünərdiniz?
- Olmayan şeylər barədə düşünmək istəmirəm. Amma bizim komandamız da az məğlub olmayıb.
 
- Migel Maderanın belə oyun sərgiləyəcəni gözləyirdiniz?
- Migeli bəyənib götürmüşdük.  Uzun müddət La Liqada oynayıb. Migel ümidlərimiz doğruldur. Amma hər oyun 1 futbolçudan daha çox şeylər gözləyirik.

Xəbər xətti