"Qarabağ" "Zirə" ilə heç-heçə edərsə, çempionluğunu rəsmiləşdirə bilməyəcək

03:00 - 1 May 2016

Xallar eyni olarsa...
 
Premyer Liqanın XXXII turunda bu gün lider "Qarabağ" 12 xal irəlidə olduğu ikinci pilləin sahibi "Zirə"nin qonağı olacaq. Bu matçda Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirəcək.
 
Bəs qarşılaşma heç-heçə bitərsə, "Qarabağ" yenə də çempionluğunu rəsmiləşdirəcək? sualına isə PFL-in texniki-idman şöbəsinin rəisi Zamiq Hüseynov Sportal.az-a açıqlandırmasında cavablandırıb:
 
"Faktiki olaraq arada 12 xal fərq var. Əgər bu qarşılaşma heç-heçə bitərsə, qarşıdakı 4 oyunun hamısında "Qarabağ" məğlub, "Zirə" isə qalib gələrsə, xallar bərabər olur. Bu zaman çempionatın əsasnaməsinə uyğun olaraq, nə aralarındakı oyun, nə də top fərqinə baxılır və əlavə "qızıl oyun" təşkil olunur, həmin oyunun qalibi də çempion adını qazanır. Yəni bugünki oyunda bərabərlik qeydə alınarsa, "Qarabağ" çempionluğunu rəsmiləşdirə bilməyəcək".

Xəbər xətti