Ağdam təmsilçisi "Kəpəz"i geridə qoydu
Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün qalibi müəyyənləşib. XXXII turun “Zirə” ilə səfər oyununda turnir cədvəlindəki ən yaxın izləyicisini məğlub edən “Qarabağ” xal hesabını 75-ə çatdırıb. Sona 4 tur qalmış liderlə debütant arasında fərq 15-ə yüksəldiyindən Ağdam təmsilçisi digər komandalar üçün əlçatmaz olub.
Sportal.az xəbər verir ki, bununla da Qurban Qurbanovun yetirmələri son 4 turun nəticəsindən asılı olmayaraq qızıl medallara sahib çıxıb. 2013/14 və 2014/15 mövsümlərində də çempion tituluna yiyələnən “Qarabağ” ardıcıl 3-cü dəfə ölkənin ən yaxşısı olmaqla “Neftçi”nin rekordunu təkrarlayıb.
Belə ki, əyalət təmsilçisinə qədər yalnız “ağ-qaralar” ardıcıl 3 dəfə çempion olmağı bacarmışdı. Bakılılar 2010/11, 2011/12 və 2012/13 mövsümlərində hamını qabaqlayıb.
Ümumi çempionluq sayında 4-ə çatan “Qarabağ” 3 dəfə qızıl medal qazanan “Kəpəz”i arxada qoyub. Bu göstəricidə rekord “Neftçi”yə məxsusdur – 8 dəfə. Bu 3 komandadan başqa “İnter”, “Bakı” və “Şəmkir” hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” isə hərəyə 1 dəfə bu titula yiyələnib.
Azərbaycan çempionatının qalibləri
1992. “Neftçi” Bakı
1993. “Qarabağ” Ağdam
1993/94. “Turan” Tovuz
1994/95. “Kəpəz” Gəncə
1995/96. “Neftçi” Bakı
1996/97. “Neftçi” Bakı
1997/98. “Kəpəz” Gəncə
1998/99. “Kəpəz” Gəncə
1999/2000. “Şəmkir”
2000/01. “Şəmkir”
2001/02. yarımçıq qalıb
2003/04. “Neftçi” Bakı
2004/05. “Neftçi” Bakı
2005/06. “Bakı”
2006/07. “Xəzər-Lənkəran”
2007/08. “İnter” Bakı
2008/09. “Bakı”
2009/10. “İnter” Bakı
2010/11. “Neftçi” Bakı
2011/12. “Neftçi” Bakı
2012/13. “Neftçi” Bakı
2013/14. "Qarabağ" Ağdam
2014/15. "Qarabağ" Ağdam
2015/16. "Qarabağ" Ağdam
saytlarin hazirlanmasi