Təkrar müalicə üçün
Azərbaycan milli komandasının və "Qarabağ”ın futbolçusu Rahid Əmirquliyevin zədə səbəbindən mövsümü bitirməsindən xəbərdarsınız.
Sportal.az xəbər verir ki, sağ ayağının qasıq nahiyəsindəki zədəyə görə, mart ayının 10-da Almaniyada əməliyyat olunan futbolçu bu mövsüm yaşıl meydanlara çıxa bilməyəcək.
Əldə etdiyimiz məlumata görə, təcrübəli yarımmüdafiəçi müalicə almaq üçün artıq Almaniyadadır. Milli komandamızın üzvü təkrar müayinə üçün Münhenə üz tutmalı olub.
Qeyd edək ki, Əmirquliyev yayda komanda ilə məşqlərə başlaya biləcək. O, avrokuboklar mövsümündə komandasına kömək edə biləcək.
saytlarin hazirlanmasi