10 gündə reabilitasiya prosesi keçəcək
Ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt”la qarşılaşmada zədələnən "Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev hazırda Almaniyadadır.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, martın 10-da Münhen şəhərində uğurlu əməliyyat olunan futbolçu ilk fizioterapiya kursunu da orada keçib.
Əmirquliyev dünən yenidən müayinə üçün Almaniyaya yollanıb. Millimizin üzvü növbəti fizioterapiya kursuna başlayıb. 27 yaşlı futbolçu yaxın 10 gündə reabilitasiya prosesi keçəcək. Onun Avstriyadakı təlim-məşq toplanışı zamanı komandayla məşqlərə qoşulacağı ehtimal olunur.
saytlarin hazirlanmasi