Kamran Əlibabayev 1 illik cəzalandı
Azərbaycan I divizionunda mübarizə aparan “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev 1 illik futboldan uzaqlaşdırılıb.
Sportal.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında bu haqda qərar verilib.
I Divizionun XXV turunun “Şəmkir” – MOİK matçının 18-ci dəqiqəsində “Şəmkir” klubunun cəzalı olan baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq komandasının oyunu davam etdirməməyini tələb edib və oyunda 10 dəqiqə məcburi fasilə yaranmasına səbəb olub. Habelə hakimlər briqadasını təhqir edərək onlara hədə-qorxu gəlib. İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
Oyunun 18-ci dəqiqəsində “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq oyunda fasilə yaranmasına səbəb olması, habelə hakimlər briqadasını təhqir edərək hədə-qorxu gəlməsini və bu halın analoji olaraq ardıcıl baş verdiyini nəzərə alaraq məşqçinin 12 ay futbol fəaliyyətinə qadağa qoyulub, klub 1500 manat cərimə olunub.
“Şəmkir” klubu meydançanı özbaşına tərk etdyi üçün, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq klub 1000 manat cərimə olunub.
saytlarin hazirlanmasi