Azərbaycan Birinci Divizionunun qalibi “Neftçala” klubuna qızıl medallar və kubok təqdim olunub.
Sportal.az xəbər verir ki, 26-cı turun “Neftçala” – “Energetik” (10:0) görüşündən sonra qalib komanda qızıl medallarına qovuşub. Kuboku və qızıl medalları qalibə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.
Mükafatlandırma mərasimindən videoreportajı təqdim edirik.