AZAL-la oyundan sonra
Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün qalibi olan "Qarabağ"a çempionluq kubokunun təqdim olunacağı vaxt müəyyənləşib.
Sportal.az-ın PFL-nın rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, "Qarabağ" Premyer Liqanın sonuncu turunda evdə AZAL-ı qəbul edəcək. Həmin görüşdən sonra ardıcıl üçüncü mövsüm çempionatın qızıl medallarını qazanan Qurban Qurbanovun komandasına çempionluq kuboku təqdim ediləcək.
Xatırladaq ki, "Azersun Arena"da keçiriləcək "Qarabağ" - AZAL oyunu may 20-də baş tutacaq.
saytlarin hazirlanmasi