"Qarabağ" "Kəpəz"in rekordunu qıra biləcək?

12:36 - 18 May 2016

AZAL- matçda
 
20 may Azərbaycan Premyer Liqasının sonuncu turunun oyunları keçiriləcək.
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirən "Qarabağ” doğma azarkeşləri önündə AZAL-ı qəbul edəcək. 
 
Ağdam təmsilçisi AZAL üzərində qələbə qazanacağı təqdirdə Azərbaycan Premyer Liqasında ilki rəsmiləşdirəcək. Belə ki, "təyyarəçilər” üzərində qazanılacaq qələbə "Qarabağ”ın ən yaxın izləyicisi ilə xal fərqinin 19-da qalmasına səbəb ola bilər. Əgər "Zirə” "İnter”lə səfər matçında xal itirsə, bu fərq daha da artacaq. 
 
Azərbaycan çempionatında buna qədər 19 xallıq fərqlə çempion olan komanda olmayıb. Bunadək "Kəpəz” 1998-ci ildə 16 xallıq fərqlə çempion olmağı bacarıb.

Xəbər xətti