"Qarabağ"ın qapıçısı İspaniya ilə oyuna dəvət aldı

01:33 - 23 May 2016

Şehiç 32 nəfərlik heyətdə
 
“Qarabağ”ın daha bir oyunçusu ölkəsinin milli komandasına dəvət alıb.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin qolkiperi İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına çağırılıb. 28 yaşlı qapıçı 32 nəfərlik heyətdə yer alıb.

 

Mayın 29-da İsveçrədə Bosniya Avropa çempionatının final mərhələsinin iştirakçısı İspaniya ilə yoldaşlıq oyunu keçirəcək. Bunun ardından Şehiçin çıxış etdiyi yığma komanda Yaponiyada keçiriləcək Kirin Kubokuna qatılacaq.

Xəbər xətti