"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri məlumdu

22:10 - 30 May 2016

Ağdamlılar ikinci mərhələdən mübarizəyə qoşulacaq

 

Azərbaycan çempionu olmaqla ölkəmizi UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanan "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq.

 

Sportal.az xəbər verir ki, artıq Ağdam təmsilçisinin qarşılaşa biləcəyi bütün potensial rəqibləri məlumdur. "Qarabağ"ın rəqibi ola biləcək bütün komandaların siyahısını təqdim edirik:

 

I təsnifat mərhələsi

 

Səpələnmişlər: TNS (Uels), "Flora” (Estoniya), "Valletta” (Malta), "Santa Koloma” (Andorra), "Torshavn” (Farer adaları);

 

Səpələnməmişlər: "Linkoln” (Cəbəllütariq), "Alaskert” (Ermənistan), "Liepaya” (Latviya), "Feronikeli” (Kosovo), "Tre Penne" (San-Marino).

II təsnifat mərhələsi

 

Səpələnmişlər: "Zalsburq” (Avstriya), "Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Leqiya” (Polşa), "Dinamo” (Zaqreb, Xorvatiya), "Ludoqorets” (Bolqarıstan), "Kopenhagen” (Danimarka), "Qarabağ” (Azərbaycan), "Rusenborq” (Norveç), "Astana” (Qazaxıstan), "Skenderbeu” (Albaniya), "Srvena Zvezda” (Serbiya), "Dinamo” (Tiflis, Gürcüstan), "Hafnarfyordür” (İslandiya), "Trençin” (Slovakiya), "Şerif" (Moldova);

 

Səpələnməmişlər: "Olimpiya” (Sloveniya), "Düdelanj” (Lüksemburq), "Ferentsvaroş” (Macarıstan), "Vardar” (Makedoniya), "Dandalk” (İrlandiya), SİK (Finlandiya), , "Norçöpinq” (İsveç), "Kruzaders” (Şimali İrlandiya), "Zrinski” (Bosniya və Herseqovina), "Mladost” (Monteneqro), "Jalqiris” (Litva), "Hapoel” (Beyer-Şeva, İsrail), I təsnifat mərhələsinin 5 qalibi.

 

Qeyd edək ki, Çempionlar Liqasının püşkü iyunun 20-də UEFA-nın mənzil-qərargah şəhəri olan Nyonda atılacaq.

Xəbər xətti