"Qarabağ"ın futbolçusu: "Qələbə qazanmaq üçün yaxşı şansımız olacaq"

00:15 - 1 İyun 2016

"Çətin qrupa düşmüşük"

 

"Qarabağ"ın futbolçusu Ansi Aqolli ölkəsi Albaniya milli komandasının Avropa çempionatındakı şanslarını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi AVRO-2016 ərəfəsində keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Təcrübəli futbolçu çətin qrupda yer aldıqlarını söyləyib: "Qətərlə oyunda erkən qol buraxmağımız səhv idi. İnanıram ki, belə səhvlər Avropa çempionatında təkrarlanmayacaq. Çətin qrupa düşmüşük, rəqiblərimiz də güclüdür. Düşünürəm ki, seçmə mərhələdəki kimi oynasaq, qrupda qələbə üçün yaxşı şansımız olacaq".

 

Qeyd edək ki, Albaniya milli komandası Avropa çempionatında meydan sahibləri Fransa, Rumıniya və isveçrə yığmaları ilə A qrupunda mübarizə aparacaq.

Xəbər xətti