"Qarabağ" 9 pillə gerilədi

16:40 - 6 İyun 2016

209-cu pillədədi

 

Avropa klublarının yeni reytinq cədvəli açıqlanıb.

 

Sportal.az xəbər verir ki, 708 klubun yer aldığı siyahıda Azərbaycan Premer Liqasının 10 iştirakçısının da adı var.

Ən yaxşı göstəriciyə sahib təmsilçimiz olan "Qarabağ" 9 pillə geriləyib. Qurban Qurbanovun komandası 200-cü pilləyə yuvarlanıb.

"Xəzər Lənkəran" 16, AZAL 11, "İnter" 5, "Kəpəz" 3, "Zirə" 1 pillə geriləyib. Əvəzində, "Sumqayıt 21, "Neftçi" 10, "Qəbələ" 9, "Rəvan" 2 pillə irəliləyə bilib. 
 
209 (200) "Qarabağ” - 1920 xal (-32)
296 (294) "İnter” - 1622 (-1)
330 (339) "Qəbələ” - 1549 (+41)
366 (376) "Neftçi” - 1447 (+41)
401 (390) AZAL - 1322 (-36)
410 (399) "Zirə” - 1303 (-29)
422 (419) "Kəpəz” - 1256 (-14)
428 (449) "Sumqayıt” - 1233 (+51)
511 (495) "Xəzər Lənkəran” - 1020 (-40)
527 (529) "Rəvan” - 972 (+17)
 
Qeyd edək ki, siyahıya "Barselona” başçılıq edir. İkinci sırada Madrid "Real"ı, üçüncü isə "Bavariya"dır.

Xəbər xətti