"9 ildir oynadığım komandadan ayrılmaq mənim üçün üzücüdür"
"Qarabağ"ın qolkiperi Fərhad Vəliyev komandanın sıralarını tərk edərək "Sumqayıt"la müqavilə bağlayıb. 2006-cı ildən 9 il müddətində Ağdam klubunda tər tökən Vəliyev "Qarabağ"ın qazandığı uğurlarda pay sahibi olub.
Sportal.az xəbər verir ki, təcrübəli əlcək sahibi ayrılması haqda klubun rəsmi saytına açıqlama verib:
"Təbii ki, 9 ildir oynadığım komandadan ayrılmaq mənim üçün üzücüdür. Bura mənə ailəm kimidir. Nə vaxtsa, yenidən məşqçi kimi də olsa da, "Qarabağ"a qayıtmaq istəyirəm. Bu 9 il karyeramın ən yaxşı vaxtlarıydı. Hər zaman klub rəhbərliyi, baş məşqçimiz Qurban müəllim, Elxan müəllim (Elxan Həsənov – qapıçı hazırlığı üzrə məşqçi) öz dəstəyini verib. Daha bir - iki il karyeramı davam etdirmək fikrindəyəm. Bir daha vurğulayım, nə vaxtsa yenidən "Qarabağ"a qayıtmağı planlaşdırıram. Daim "Qarabağ"ın uğur qazanmasını arzulayacam".
saytlarin hazirlanmasi