"Zədəsini sağaltması üçün onu Türkiyəyə yollamışıq"
2015/2016-cı il mövsümünün ikinci yarısını irarə əsasında "Kəpəz"də keçirən Namiq Ələsgərov yenidən "Qarabağ"a geri dönüb. Lakin gənc futbolçu Çempionlar Liqasında komandasına kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib. Təcrübəli mütəxəssis milli komandamızın üzvünün zədədən əziyyət çəkdiyini bildirib: "Namiq Ələsgərov avrokuboklarda bizə kömək edə bilməyəcək. Çünki 3-cü dəfə eyni əzələdən zədə aldı. Bəlkə də, tam sağalmamış oyuna çıxıb. Həkimlər tərəfindən bir az diqqətsizlik olub. Məncə, onu qorumaq lazım idi. Çünki bundan əvvəl də ağır əməliyyat keçirmişdi. Bir yerdən 3 dəfə zədə almaq heç də yaxşı hal deyil. Zədəsini sağaltması üçün onu Türkiyəyə yollamışıq".
saytlarin hazirlanmasi