"Qarabağ" "Zenit"lə qarşılaşacaq

20:04 - 13 İyun 2016

Hazırlıq matçı
 
Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ"ın keçirəcəyi yoxlama görüşlərindəki növbəti rəqibi məlum olub. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  Ağdam təmsilçisi "Rostov"la qarşılaşmalı olsa da, oyunda plan dəyişikliyi olub. "Qarabağ" iyunun 28-də 4 qat Rusiya çempionu "Zenit"lə yoxlama oyunu keçirəcək.
 
Qeyd edək ki, "Qarabağ"ın ilk rəqibi yerli "Vakker” klubudur. Sözügedən qarşılaşma iyunun 25-də baş tutacaq.

Xəbər xətti