"Qarabağ" Avstriyada ilk məşqə çıxdı FOTOLAR

17:23 - 17 İyun 2016

Fitnes zalında baş tutub
 
Dünən təlim-məşq toplanışı üçün Avstriyaya yollanan "Qarabağ" axşam saatlarında məskunlaşacağı otelə çatıb və axşam yeməyindən sonra istirahət edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gündən etibarən məşqlərə start verib.  Futbolçular bugün yerli vaxtla 12:00-da (Bakı vaxtı ilə 14:00) ilk məşqinə çıxıb. İlk məşq fitnes zalında baş tutub. Komandanın trenajor məşqləri bir saat davam edib.
 
Əvəzedici heyətin bir neçə üzvü də təlim-məqş toplanışında iştirak edir. Onu da qeyd edək ki, fərqli milli komandalarda forma geyinən futbolçularımız iyunun 19-da təlim-məşq toplanışına yollanacaq. Komandanın 3 legioner futbolçusu: Reynaldo Silva, Riçard Almeyda və Migel Madera isə bu gün komandaya qoşulacaq.
 
“Qarabağ”ın növbəti məşqi bu gün axşam saatlarında reallaşacaq. Yerli vaxtla 19:00-da start götürəcək məşq səhərkindən fərqli olaraq meydançada baş tutacaq.

 

 

 

 

 

 

Xəbər xətti