Toplantının 2-ci günü
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Toplanışın ikinci gününün ilk məşqi baş tutub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yerli vaxtla 11:30-da (Bakı vaxtı ilə 13:30) komanda günün ilk məşqinə çıxıb.
Bu məşq daha çox topsuz çalışmalara həsr olunub. Belə ki, isinmə hərəkətlərinin ardından futbolçular 3 dəfə 15 dəqiqəlik kross qaçışını yerinə yetirib. Müəyyən fiziki təmrinlərin ardından məşq başa çatdı. Hazırlıq təxminən 90 dəqiqə davam edib.
"Qarabağ" növbəti məşqi axşam yerli vaxtla saat 18:30-a nəzərdə tutulub.
saytlarin hazirlanmasi