Məşq toplanışının 3-cü günü
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, toplanışın üçüncü günündə komanda bir məşqlə kifayətlənib.
Hazırlığın ilkin mərhələsi fitnes zalında keçirilib. Trenajorda çalışmalarının ardından futbolçular meydançaya yollanıb. Yağışlı hava şəraitində futbolçular təxminən bir saat meydanda məşq edib. Komanda bu gün daha çox fiziki və toplu çalışmalara üstünlük verib.
Qeyd edək ki, komandanın sabah üçün bir məşqi nəzərdə tutulub.
saytlarin hazirlanmasi