Axşam məşqində iştirak edib
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, komanda hazırlığın beşinci gününə axşam məşqi ilə yekun vurub.
Futbolçular toplu çalışmalarla kifayətlənib. Bosniya və Herseqovina millisi ilə Kirin kubokunda iştirak edən klubun qolkiperi İbrahim Şehiç istirahətə gec yollandığından baş məşqçi Qurban Qurbanov ona əlavə bir neçə günlük icazə verib.
Şehiç dünən toplanışa qoşulub və komandayla birlikdə axşam məşqində iştirak edib.
saytlarin hazirlanmasi