"Bizim üçün çox çətin mərhələ olacaq"
“Məşqlərimiz ağır keçir, 20 gündən çox müddətdə davam edəcək təlim-məşq toplanışına ehtiyacımız var idi. Bütün fikrimizlə məşqlərə köklənmişik”.
Sportal.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana deyib. Klubun rəsmi saytına danışan ispaniyalı futbolçu öncə Avstriya toplanışını dəyərləndirib:
“Daha çox fiziki və toplu çalışmalara üstünlük veririk və bir neçə yoxlama matçlarımız da var. Hər şey normal gedir. Növbəti mövsümün hazırlığı üçün bu təlim-məşq toplanışını normal saymaq olar”.
Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburq klubu “Düdelanj”la qarşılaşacaq. Kintana rəqib haqda məlumatsız olduğunu söyləyib:
“Düzünü desəm, rəqib haqda məlumatım yoxdu. Onların bəzi oyunlarına baxmalı və futbolçuları haqda daha çox məlumata sahib olmalıyıq. Bu mövsüm də Avropada əlimizdən gələnin ən yaxşısını etməyə və mərhələni keçməyə çalışacağıq. Avrokuboklarda oynamaq bizim üçün çox vacibdi. Əminliklə deyə bilərəm ki, bizi çətin oyun gözləyir. Onlar həm ölkə çempionatının, həm də kubokun qalibidisə, deməli, güclü rəqibdi. Bizim üçün çox çətin mərhələ olacaq, necə ki, keçən il bunu Monteneqro təmsilçisi "Rudar"la oyunda yaşadıq. Həm səfər, həm də evdə bizi ağır oyun gözləyir. Rəqibə hömətlə yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə yüksələk".
Qeyd edək ki, “Qarabağ” “Düdelanj”la iyulun 12-i və ya 13-də evdə, bir həftə sonra isə səfərdə üz-üzə gələcək.
saytlarin hazirlanmasi