Komanda günü bir məşqlə başa vurub
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, hazırlığın yeddinci gününü "atlılar" bir məşqlə başa vurub. Axşam saatlarında baş tutan məşqdə bütün futbolçular iştirak edib.
Zədəli folan Namiq Ələsgərov isə fizioterapevt nəzarəti altında çalışmasını davam etdirib. Məşqdə fiziki və taktiki çalışmalara üstünlük verilib. Komandanın hazırlığı 1 saat 45 dəqiqə davam edib.
saytlarin hazirlanmasi