"Skenderbeu" ilə
"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Albaniyanın ən titullu komandalarından olan son çempion "Skenderbeu" ilə qarşılaşacaq.
Oyun iyulun 1-də keçiriləcək. Qarşılaşma yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.
Xatırladaq ki, “Qarabağ” ilk yoxlama oyununu bu gün yerli “İnsbrukk"a, ikinci yoxlama oyununu isə iyunun 28-i dördqat Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək.
saytlarin hazirlanmasi