Aqolli təlim-məşq toplanışına qatıldı
	 
	Albaniya millisi ilə Fransada keçirilən AÇ-2016-nın final mərhələsində çıxış edən Ansi Aqolli dünən axşam saatlarında "Qarabağ"ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb.
	 
	Sportal.az xəbər verir ki, Aqolli bugündən etibarən məşqlərdə iştirak edəcək.
	 
	Təcrübəli futbolçu AÇ-2016-da Albaniya millisi ilə 3 oyunda (2 matçda kapitan kimi) meydanda olub.
	 
	Xatırladaq ki, Aqolli Azərbaycan çempionatları tarixində belə mötəbər turnirdə iştirak edən ilk futbolçu olub.
                      
saytlarin hazirlanmasi