"Qarabağ"da istirahət bitdi FOTOLAR

11:56 - 28 İyun 2016

Azər Salahlı məşqdə iştirak etməyib
 
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov "Vakker İnsbruk"la yoxlama matçından sonra futbolçulara istirahət verib.
 
Bir günlük fasilənin ardından komanda ötən günü 2 məşqlə keçirib. Futbolçularımız günün ilk çalışmasını fitnes zalında keçirib. Axşam hazırlığı isə meydançada baş tutub və 1 saat 45 dəqiqə davam edib.
 
Komandanın düşərgəsinə yeni qoşulan Ansi Aqolli məşqlərdə iştirak edib. Zədəli futbolçu Namiq Ələsgərov isə fizioterapevt nəzarəti altında çalışmasını davam etdirib, ayağında ağrılar hiss edən Azər Salahlı isə məşqdə iştirak etməyib.
 
 
 
 
 
 
 

Xəbər xətti