Qarabağ günü bir məşqlə başa vurdu

01:30 - 30 İyun 2016

Hazırlığın 13-cü günü
 
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.
 
Sportal.az xəbər verir ki, hazırlığın 13-cü günündə komandanın pıanında bir məşq nəzərdə tutulmuşdu.
 
Axşam saatlarında baş tutan məşqdə futbolçular daha çox bərpaedici hərəkətlərə üstünlük veriblər. Çalışma təxminən 90 dəqiqə davam edib.
 
Zədəli futbolçu Namiq Ələsgərov fizioterapevt nəzarəti altında çalışmasını davam etdirdiyi halda, digər bütün futbolçular komandayla məşq edib.

Xəbər xətti