Yoxlama matçı
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi son Albaniya çempionu "Skenderbeu" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl yoxlama görüşlərində "Vakker İnsbruk"a (Avstriya) 0:1 hesabı ilə məğlub olub, "Zenit"ə (Rusiya) eyni hesabla qalib gəlib.
1 iyul
Yoxlama oyunu
20:00. "Qarabağ" - "Skenderbeu" 0:1
saytlarin hazirlanmasi