Komanda istirahət etmədən başladı
Dünən Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ”ımız axşam saatlarında vətənə qayıdıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi istirahət etmədən klubun bazasında Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Lüksemburqun “F91 Düdelanj”la matçın hazırlıqlarına start verib. Futbolçuların hazırlığı axşam saat 18:00-da start götürüb və təxminən 1 saat davam edib.
Qeyd edək ki, “Qarabağ” – “F91 Düdelanj” matçı iyulunun 12-si saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi