"İnter" və "Simurq"un sabiq futbolçusu 30 yaşda məşqçiliyə başladı

01:48 - 5 İyul 2016

Usubov "Mil-Muğan"da yeni təyinat aldı
 
Azərbaycan I Divizionunda çıxış edən "Mil-Muğan"ın kapitanı Ruhid Usubov məşqçilik fəaliyyətinə başlayıb.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi "Mil-Muğan"ın aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərəcək. Ruhid U-14 komandasına rəhbərlik edəcək.
 
Xatırladaq ki, Ruhid Usubov karyerası ərzində "Simurq" və "İnter" kimi klublarda çıxış edib.

Xəbər xətti