Avstriyada təlim-məşq toplanışını yekunlaşdıran və Bakıda Çempionlar Liqasının hazırlıqlarına start verən "Qarabağ" bu gün yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı "Zirə" ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ" 4:0 hesabı ilə qalib gəlib. Reynaldo Silva het-trik edib. Oyunda son nöqtəni Dani Kintana qoyub.