"Qarabağ"ın cavab matçı şotlandlara tapşırıldı

17:11 - 8 İyul 2016

Çempionlar Liqası

 

"Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Düdelanj”la keçirəcəyi cavab qarşılaşmasının da hakimləri məlum olub.
 
Sportal.az xəbər verir ki, Lüksemburqda baş tutacaq oyun şotlandiyalı hakimlər briqadasına həvalə edilib.
 
İyulun 20-də "Jos Nosbaum” stadionunda üz-üzə gələcək rəqiblərin görüşündə Klani Kevin fit çalacaq. Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər. Oyunun 4-cü hakimi Robertson Donald olacaq.
 
Hakimlərin işinə rumıniyalı Aleksandru Dyakon qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə irlandiyalı Nyuton İmon olacaq.

Xəbər xətti