Ansi Aqolli: "Onlara bəxş etdiyimiz xoş anlar bizə pul mükafatından üstün idi"

12:31 - 10 İyul 2016

"Onların dəstəyi sayəsində mərhələni keçəcəyik"
 
AÇ-2016-da Albaniya yığmasının kapitanı olan "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli ATV kanalında "AVRO-2016" verilişinin qonağı olub.
 
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu Albaniya dövlətinin onların final mərhələsindəki debütlərinin uğurlu çıxışını diqqətdən kənarda qoymayıb: 
 
"Hökumətimiz bizi mükafatlandırdı. Ancaq bizim üçün maddi məsələlər ikinci planda idi. Bizim üçün pul yox, azarkeşlərimizi sevindirmək önəmli idi. Onlara bəxş etdiyimiz xoş anlar bizə pul mükafatından üstün idi. Avropa çempionatı zamanı çoxlu zənglər, mesajlar aldım. Bunlar arasında "Qarabağ"lılar çox idi. "Qarabağ"ı Avropa çempionatında təmsil etməyim mənim üçün qürurverici idi".  
 
Aqolli Çempionlar Liqasında "Düdelanj"la keçirəcəkləri matçdan da danışıb:
 
"Bu turnirdə Lüksemburqun "Düdelanj" klubu ilə oyuna hazırlaşırıq. İlk matçımız iyulun 12-də Bakıdadır. Azarkeşlərimizi stadiona dəvət edirəm. Onların stadionun doldurmalarını istəyirəm. Bu, bizə qələbə qazanmaqda kömək edəcək. İnanıram ki, onların dəstəyi sayəsində mərhələni keçəcəyik".

Xəbər xətti