"Azərsun Arena"da baş tutub
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” Lüksemburqun "Düdelanj” klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi oyunöncəsi son məşqinə çıxıb. "Atlılar"ın məşqi Suraxanıda yerləşən "Azərsun Arena"da baş tutub.
Qeyd edək ki, "Qarabağ” – "Düdelanj” oyunu sabah baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi