"Ümumi oyundan və nəticədən razıyam"
"Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında səfərdə Lüksemburqun "F91 Düdelanj” komandası ilə 1:1 hesablı heç-heçə edərək, iki oyunun nəticəsinə görə III təsnifat mərhələsinə vəsiqəni təmin edib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda öz fikirlərini bildirib:
"Ümumi oyundan və nəticədən razıyam. Qarşılaşmanın bizim üçün çətin keçəcəyini əvvəldən bilirdik. Meydançanın vəziyyəti o qədər də yaxşı deyildi, bu da sürətli oyun göstərməyimizə mane olurdu. Birinci oyunda qeydə alınan nəticə də öz sözünü dedi. İlk hissəyə nisbətən ikinci hissə daha yaxşı oynadıq. Meydanda olan hər bir futbolçunun çıxışından razı qaldım. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirirəm, səfərdə oynamağımıza baxmayaraq, 90 dəqiqə bizi dəstəklədilər”.
saytlarin hazirlanmasi