Yoxlama matçı
Ötən mövsümü gümüş medallarla başa vuran “Qarabağ”ın əvəzedici komandası İsmayıllı şəhərində təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, iyulun 18-dən start götürən hazırlıq prosesində komanda ilk yoxlama oyununu keçirib. Aftandil Hacıyevin yetirmələri I Divizion təmsilçisi “Ağsu”nu 3:1 hesabı ilə məğlub edib. "Qarabağ"ın heyətində Elçin Rəhimli, Salman Cəfərov və Famil Camalov fərqlənib.
Qarşılaşmanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da izləyib və oyundan sonra komandaya hədiyyələr verib, xatirə şəkili çəkdirib.
Qeyd edək ki, "Qarabağ"ın əvəzedicilərinin planında daha iki yoxlama matçı nəzərdə tutulub. Hazırlıq prosesi isə iyulun 29-na qədər davam edəcək.
saytlarin hazirlanmasi