Oyunu Aleksandar Stavrev idarə edəcək
Xəbər verdiyimiz kimi, "Viktoriya" - "Qarabağ" matçını makedoniyalı FİFA referisi Aleksandar Stavrev idarə edəcək.
Sportal.az xəbər verir ki, 39 yaşlı referi Berti Foqtsun milli komandamızın baş məşqçi postunda rəsmi debütündə idarəçilik edib. DÇ-2010-nun seçmə mərhələsində 2008-ci ilin sentyabrın 6-da keçirilən Uels – Azərbaycan matçınını idarə edən Stavrev 66-cı dəqiqədə millimizin qapımısına penalti təyin edib. Həmin oyunda yığmada debüt edən Ağayev rəqibin penalti zərbəsini dəf etmişdi.
Bundan 2 dəqiqə sonra makedoniyalı hakim yığmamızın braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramimə 20 dəqiqəyə (48 və 68-ci dəqiqələrdə ) 2 sarı vərəqə göstərərək, onu meydandan qovmuşdu. Uels 82-ci dəqiqədə qələbə topunu vuraraq Foqtsun debüt matçında xal qazanmaq arzusunu ürəyində qoymuşdu.
Stavrevlə millimizin yolu 2011-ci ilin sonunda kəsişir. Podqoritsada keçirilən yoldaşlıq matçında yığmamız Çernaqoriyaya 0:2 hesabı ilə uduzmuşdu. Stavrev Rahid Əmirquliyev, Elvin Məmmədov və Vaqif Cavadova həmin oyunda sarı vərəqə göstərib.
Stavrev DÇ-2014-ün seçmə mərhələsində keçirilən Rusiya - Azərbaycan (1:0) matçını da idarə edib. Rusiya Aleksandar Stavrevin 84-cü dəqiqədə təyin etdiyi penaltidən fərqlənərək oyunda 3 xal əldə etmişdi. Makedoniyalı referi bu oyunda Kamran Ağayev, Vaqif Cavadov, Vüqar Nadirov və Maksim Medvedəvə sarı vərəqə ilə cəzalandırmışdı.
saytlarin hazirlanmasi