"Qarabağ" "Viktoriya" ilə oyunöncəsi son məşqinə çıxdı FOTOLAR

14:59 - 26 İyul 2016

III təsnifat mərhələsi
 
Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" səfərdə son Çexiya çempionu "Viktoriya" Plzenin qonağı olacaq. Dünən axşam saatlarında Çexiyaya çatan Ağdam təmsilçisi bu gün yerli vaxtla 11:45-də (Bakı vaxtı ilə 13:45) oyunöncəsi son məşqinə çıxıb.
 
Sportal.az xəbər verir ki, təxminən 40 dəqiqə davam edən hazırlıq prosesində futbolçular yüngül məşqlərlə kifayətlənib.
 
Qeyd edək ki, "Viktoriya Plzen" – "Qarabağ" matçı bu gün saat 22:15-də start götürəcək.
 

Xəbər xətti