Cavab matçında oynaya biləcək
	 
	Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya" Plzen - "Qarabağ" matçının 79-cu dəqiqəsində zədələnərək meydanı tərk edən Ansi Aqollini durumuna aydınlıq gəlib.
	 
	Sportal.az xəbər verir ki, əzələsi dartılan albaniyalı futbolçunun zədəsi ciddi deyil. Təcrübəli müdafiəçi cavab matçında "Qarabağ"a kömək edə biləcək.
	 
	Qeyd edək ki, bu cütün cavab matçı avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
                      
saytlarin hazirlanmasi