Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək.
Sportal.az xəbər verir ki, artıq bu mərhələdə Ağdam təmsilçisinin 4 potensial rəqibi bəllidir. Bunlar Çempionlar Liqası ilə vidalaşan “Dinamo” Tiblisi (Gürcüstan), BATE Borisov (Belarus), “Rusenborq” (Norveç) və “Srvena Zvezda” (Serbiya) klublarıdır.
Qeyd edək ki, “Qarabağ”ın digər potensial rəqibləri Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün keçiriləcək cavab oyunlarından sonra bilinəcək.
saytlarin hazirlanmasi