Qurban Qurbanov: "Həm "Qarabağ”ın, həm də milli komandamızın Rəşada ehtiyacı var" MÜSAHİBƏ

21:23 - 11 Avqust 2016

Azərbaycan Premyer Liqasının II turunun açılış matçında "Sumqayıt” və "Qarabağ” komandaları üz-üzə gəlib.

 

Sportal.az xəbər verir ki, oyun Ağdam klubunun 2-0 hesablı qələbəsiylə başa çatıb. 
 

Matçdan sora keçirilən mətbuat konfransında "Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov fikirlərini bildirib: "İlk qələbəmiz idi. Hər bir qələbə bizim üçün vacibdi. Futbolçulara təşəkkür edirəm. Oyundan-oyunda daha yaxşı oynamağa yaxşılaşmağa çalışacağıq. "Sumqayıt”a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
 

- Bugünkü oyunu izləyənlər arasında "Göteborq”un rəsmiləri var idi. Düşünmək olarmı ki,  bu gün əsas heyətlə oynamaqla rəqib üçün kartlarınızı açdınız?
- "Göteborq”la oyun bu günkündən fərqli olacaq. Rəqibdən heç nə gizlədə bilməzdik. Sabahdan rəqib haqqında məlumatlarımızı daha da sürətləndirəcəyik. Futbolçuların bir yerdə oynaması vacibdi. Kartlara gəlincə,bu gün texlnalogiya çox sürətlə inkişaf edib və rəqib istədiyi zaman bizim haqqımızda məlumat toplaya bilər. 
 

- Dino Ndlovu komandaya nə vaxt qoşulacaq?
- Dino hələ də bizim futbolçu deyil. Düzdü, irəliləyiş var. Onun hansı durumda olduğunu da bilmirik. Hər şey əksinə də ola bilər. 
  

- Dino axtardığınız hücumçular arasında ən yaxşısı idi?
- Çoxdandı hücumçu ilə güclənmək istəyirdik. Futbolçu almağa büdcəmiz var. Amma hücumçu seçimində daha diqqətli olmalıyıq. Bəzən ən yaxşı futbolçu da pis çıxış edə bilər. Bir neçə  hücumçu var idi ki, onları komandaya qata bilərdik. Amma sonradan Dino variantı yarandı və qərarımızı onun üzərində verdik. 
 
- Sehiç cəzalı olduğu üçün oynamıırdı?
- Futbolularımızın 90 dəqiqə meydanda oynamasına ehtiyac var. Futbolçular 4-5 oyundan sonra özlərini daha yaxşı göstərməyə başlayırlar. Sehiçin hər-hansı cəzası yoxdu. Bu dəfə növbə Şahruddinin idi. Narahat olmadan Məhəmmədəliyevi oynada bilirəm. Sehiçə gəlincə, o, son zamanlar ən yaxşı formasındadı. 
 
- "Neftçi” ilə ev oyununun "Əlincə”də keçiriləcəyi dəqiqləşibmi?
- Bəli.   
 
- Rəşad Sadıqov son zamanlar həvəssiz futbol oynayır. Bu mövsümün onun üçün sonuncu olduğunu düşünmək olarmı?
- Rəşadla hər hansı qəsdi-qərəzliyiniz yoxdu? Bəlkə də Rəşadı futboldan küsdürmək istəyirsiniz. Bu gün həm "Qarabağ”ın, həm də milli komandamızın Rəşada ehtiyacı var. Rəşadın gücünə bələdik və uzun müddət futbol oynamaq gücündədi.

Xəbər xətti