"Çətin oyun oldu. "Sumqayıt" da "İnter" kimi beş müdafiəçi ilə oynayırdı. Ona görə də müdafiəni yarmaq çətin idi. İkinci hissədə isə 2 qol vurdu və qələbə qazana bildik. "İnter"lə oyundan fərqli olaraq bu oyunda hücümları daha da artırdıq və özümüzü yaxşı göstərə bildik".
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Dani Kintana söyləyib.
"Qarabağ” Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Sumqayıt”ın qonağı olub. Görüş "Qarabağ”ın 2-0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra açıqlama verən Dani Kintana "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan "Göteborq"la şansların bərabər olduğunu bildirib:
"Şansları eyni dəyərləndirirəm. Kim güclü oynasa, o da qalib gələcək".