"Xəzər Lənkəran"ın sabiq futbolçusu I Divizionda

12:58 - 15 Avqust 2016

"Xəzər Lənkəran"ın yetirməsi olan qapıçı Tərlan Qasımzadə özünə yeni klub tapıb. 
 
Sportal.az xəbər verir ki, gənc qolkiper karyerasını I Divizionda mübarizə aparan "Mil Muğan” klubunda davam etdirəcək.

 

Qasımzadənin İmişli təmsilçisinə keçməsində əsas rolu "Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Elbrus Məmmədov oynayır. Belə ki, baş məşqçi Aqil Məmmədovun köməkçisi olan Elbrus Məmmədov qapıçının komandaya cəlb edilməsini məqsədəuyğun sayıb. 

Xəbər xətti