Millimizin üzvü "Mil-Muğan"da

17:40 - 15 Avqust 2016

"Neftçi"dən ayrılan Eşlən Rzazadənin yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, gənc futbolçu karyerasını "Mil-Muğan"da davam etdirəcək. 23 yaşlı yarımmüdafiəçi İmişli klubu ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın yetirməsi olan futbolçu 2015-ci ilin yanvar ayında "Neftçi"yə transfer olmuşdu. Rzazadə paytaxt klubunda şans verilmədyinə görə komandadan ayrılıb.

 

"Xəzər Lənkəran"da çıxış etdiyi zaman oyunu ilə Prosineçkinin diqqətini cəlb etməyi bacaran futbolçu milli komandanın heyətində də bir matçda iştirak edib.

Xəbər xətti