"Qarabağ" Avropa Liqasının "pley-off" mərhələsində səfərdə "İsveçin "Göteborq" klubunun qonağı olacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi artıq Skandinaviya ölkəsinə yola düşüb. "Atlılar" saat 18:00-da Heydər Əliyev adına Beynəlxalq hava Limanından çarter reysi ilə Göteborq şəhərinə yola düşüb.
Qeyd edək ki, "Göteborq" - "Qarabağ" matçı avqustun 18-də saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi