"CBC Sport" telekanalı bəyanat yayıb.
Sportal.az xəbər verir ki, bəyanatda Avropa Liqasının pley-off mərhələsinin "Göteborq" - "Qarabağ" oyununun yayımının baş tutmayacağı qeyd olunub.
Həmin bəyanatı olduğu kimi təqdim edirik:
"CBC Sport" telekanalı bəyan edir ki, UEFA Avropa Liqası pley-off mərhələsi çərçivəsində İsveçin "Göteborq" klubu ilə "Qarabağ" komandası arasında keçiriləcək matçların kanalımızda yayımı baş tutmayacaq. Bunun səbəbi "Qarabağ" Futbol Klubuna 10 gün əvvəl etdiyimiz təklifə bu günə qədər qarşı tərəfdən heç bir cavabın gəlməməsidi.
"Qarabağ" FK-nın bu qərarına hörmət duyaraq, bütün tamaşaçılarımızdan üzr istəyirik və komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayırıq!
"CBC Sport" telekanalı yarandığı gündən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən bütün komandaların və idmançıların çıxışlarını təmənnasız işıqlandırmağa hər zaman hazırdı və bu işini gələcəkdə də davam etdirəcək".
"Göteborq" - "Qarabağ" oyunu avqustun 18-də, saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi