Son olaraq Şimali Kipr Türk Respublikasının "Bostancı Bağol” komandasında oynayan Murad Ağakişiyev özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü karyerasını ölkəmizdə davam etdirəcək. Belə ki, 31 yaşlı futbolçu "Şuşa Qarabağ” klubuna keçib.
Qeyd edək ki, Ağakişiyev karyerası ərzində "Qarabağ”, "Karvan”, "Standart”, "Turan” və "Kəpəz" kimi komandalarda oynayıb.